Afrikada radioaktiv buynuzlu kərgədanlar peyda olublar

Bu gün, 15:18           
Afrikada radioaktiv buynuzlu kərgədanlar peyda olublar
Cənubi Afrika Respublikasında (CAR) kərgədanları brakonyerlərdən qorumaq üçün "Riztop" layihəsinə start verilib. Layihə çərçivəsində heyvanların buynuzlarına radioaktiv maddə daxil edilib.

Bu barədə BBC məlumat yayıb.

Bu tədbirin kərgədanlar üçün təhlükəsiz olacağı, lakin heyvan buynuzu qaçaqmalçılığını izləməyə kömək edəcəyi qeyd edilir.

Məlumata görə, layihə altıillik sınaqdan sonra işə salınıb.

Bildirilir ki, CAR-da hər il 400-dən çox kərgədan brakonyerlər tərəfindən öldürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru