Mbappe zorlamada ittiham olunan futbolçunun müdafiəsinə qalxdı: "Əşrəf qadınlara hörmət edir"

Bu gün, 09:27           
Mbappe zorlamada ittiham olunan futbolçunun müdafiəsinə qalxdı:
Fransalı ulduz futbolçu Kilian Mbappe PSJ-də birgə oynadığı və zorlamada ittiham olunan Əşrəf Hakiminin işində şahid qismində ifadə verib.

Oxu.Az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.

"Biz bu mövzunu tez-tez müzakirə edirik və ona çox həssas yanaşırıq. Birincisi, biz vəhşi deyilik. İkincisi, biz karyeramıza başlayanda belə ittihamlara özümüzü hazırlamışıq" - deyə K.Mbappe qeyd edib.

Fransız futbolçu vurğulayıb ki, Əşrəf Hakimi qadınlara hörmətlə yanaşır.

"Mən hətta Əşrəfi sərxoş olanda belə əxlaqdan kənar davrandığına şahidlik etməmişəm. Dostlarımdan da heç vaxt eşitməmişəm ki, Hakimi özünü tərbiyəsiz aparsın və ya sərhədi keçsin" - 26 yaşlı futbolçu deyib.

Qeyd edək ki, Ə.Hakimi zorlama iddiası ilə əlaqədar ittiham olunur. Hakiminin günahı sübuta yetirilərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru