Türkiyədə QALMAQAL: Həkim doqquzgünlük körpəni satın aldı

Bu gün, 15:07           
Türkiyədə QALMAQAL: Həkim doqquzgünlük körpəni satın aldı
Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda hər kəsi şoka salan hadisə baş verib. Kuşadası Dövlət Xəstəxanasında çalışan pediatr xəstəxanada doğuş edən bir qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.

Bu barədə məlumatı "Haber Global" yayıb.

İddialara görə, ana uşağına baxa bilməyəcəyini deyib və həkim bu fürsətdən istifadə edərək körpəni satın alıb. O, körpə üçün baxıcı da tutaraq onu öz evinə aparıb. Lakin ayağında fiziki problemi olan həkim ehtiyatsızlıq edərək körpəni yerə salıb. Təlaşa düşən həkim uşağı başqa bir körpə adı ilə müalicə etdirmək məqsədilə öz işlədiyi xəstəxanaya gətirib.

Lakin hadisə reanimasiyada çalışan tibb bacısının sayıqlığı sayəsində üzə çıxıb. Körpənin üz və baş nahiyəsindəki zədə izlərini fərq edən tibb bacıları dərhal rəhbərliyə məlumat veriblər. Daha sonra körpə Aydın Adnan Menderes Universiteti Xəstəxanasına təxliyə olunub.

Hadisə ilə bağlı "insan alveri" və "ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddələri üzrə cinayət işi açılıb. Saxlanılan həkim istintaq zamanı günahını etiraf edib. Bildirib ki, uşağı olmadığı üçün bir neçə gün əvvəl doğuş edən qadının körpəsini pulla alıb.

Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru