1 saatlıq uçuşa 1282 manat: AZAL nə etmək istəyir?

Bu gün, 09:26           
1 saatlıq uçuşa 1282 manat: AZAL nə etmək istəyir?
Azərbaycan Hava Yolları (AZAL) – Bakı-Tbilisi-Bakı reysi üçün uçuş qiymətlərini kəskin artırıb. Qiymət artımı sosial şəbəkələrdə geniş müzakirə ve tənqidlərə səbəb olub.

Editor.az xəbər verir ki, AZAL təxminən bir ay sonra həyata keçiriləcək 1 saatlıq birbaşa Bakı-Tbilisi-Bakı reysi üçün 1282 manat tələb edir.

Tanınmış sosial media istifadəçiləri və jurnalistlər qiymət artımını sərt tənqid ediblər.


Sosial media istifadəçiləri yazırlar ki, 5-6 saatlıq digər beynəlxalq uçuşlarda belə belə yüksək qiymət tətbiq olunmur. Onlar qeyd edir ki, Tbilisi üçün bu qiymət az qala ABŞ-a uçuş qiymətinə yaxınlaşır.

İstifadəçilər yazır ki, bu məbləğə Avropanın 10-dan artıq ölkəsinə səyahət etmək mümkündür: “AZAL uzun illərdir monopolist mövqedən çıxış edərək təhlükəsiz və keyfiyyətli xidmət adı altında yüksək qiymət siyasəti aparır. Nəticədə, adi vətəndaşlar üçün bu reyslər əlçatmaz hala gəlir”.

İstifadəçilər sosial şəbəkələrdə etirazlarını belə ifadə edirlər:

“AZAL rəsmən soyğunçuluq edir”

“Siz təsəvvür edin, mən gələn ay 16 işçi aparmalıyam Tiflisə, orta hesabla texniki heyətlə birlikdə 20 nəfər. Tək gediş məbləği görün nə qədər pul edir”.

“Nəzərə alınmalıdır ki, Gürcüstanla quru sərhədlər bağlı olduğundan burada illərlə yaşayan və vətəndaşlıq ala bilməyən Gürcüstan vətəndaşları olan azərbaycanlılar 3 ayın tamamında Gürcüstana getməli, sonra təkrar qayıdıb burda yaşayışlarına davam etməlidirlər. Bir ailədən heç olmasa 3 nəfər hər 3 aydan bu prosesi təkrarlamalıdırsa və bu bilet qiymətinə bilet almaq məcburiyyətindədirsə, onların büdcəsi buna imkan verirmi?”














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru