İçməyin! Dietik kola sağlamlığa daha çox zərər verir – alimlərdən ŞOK NƏTİCƏ

Bu gün, 16:34           
İçməyin! Dietik kola sağlamlığa daha çox zərər verir –
Avstraliyada aparılan genişmiqyaslı elmi araşdırma, dietik qazlı içkilərin düşündüyümüz qədər zərərsiz olmadığını sübut edib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki,Alimlərin apardığı təcrübəyə əsasən, gündə cəmi bir banka dietik kola içmək, 2-ci tip şəkərli diabetin yaranma riskini 38 faiz artırır. Müqayisə üçün, adi şəkərli qazlı içkilər bu riski yalnız 23 faiz artırır.

Araşdırmaya 40-69 yaş arası 36 mindən çox insan cəlb olunub. Nəticələr bədən çəkisi, fiziki aktivlik, gündəlik qida rasionu və digər təsir edən amillər nəzərə alınaraq hesablanıb. Lakin dietik içkilər sağlamlıq baxımından daha riskli çıxıb.

Mütəxəssislər bildirirlər ki, bu nəticələrdən sonra səhiyyə tövsiyələrinin yenidən nəzərdən keçirilməsi və əhalinin potensial risklər barədə məlumatlandırılması vacibdir.

Bəs nə içməli?

Alimlər aşağıdakı sağlam alternativləri tövsiyə edirlər:

– Təmiz su

– Şəkərsiz çay

– Süni əlavəsiz təbii meyvə içkiləri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru