Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bu gün, 09:24           
Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi
Rusiyanın Yekaterinburq şəhərində Sortirovka adlı ərazidə azərbaycanlılara məxsus bazar ləğv edilib.

TEREF xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, bu addım Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı diasporasına təzyiqi ilə bağlı ola bilər.

Bənzər addımların Moskvadakı azərbaycanlı sahibkarlara məxsus "Sadovod" və "Food City" bazarlarına da şamil oluna biləcəyi deyilir.

Qeyd edək ki, avqustun 1-i Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının və diaspor üzvlərinin ticarətlə məşğul olduqları mini-bazarın söküldüyü ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılmışdı.

Xatırladaq ki, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin adı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin "Axtarılanlar" siyahısına salınıb

Bakupost.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru