Nəsimi icra hakimiyyətinin səlahiyyətli şəxsləri Elxan Yaqubova “yaşıl işıq” yandırdılar- Zirzəmi necə obyektə çevrilir…. FOTO

Bu gün, 00:13           
Nəsimi icra hakimiyyətinin səlahiyyətli şəxsləri Elxan Yaqubova “yaşıl işıq” yandırdılar-
Nəsimi rayonun növbəti qanunsuz tikinti.

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 8 ünvanında binanın zirzəmisində qanunsuz tikinti işləri aparılır.

Tikintini aparan Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovdur.


Məlumata görə həmin ünvanda zirzəmidə yeni obyekt tikintisi üçün Nəsimi rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “razılığa” gələrək işlər başlanılıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. Heç bir rəsmi icazə olmadan qanunsuz olaraq zirzəmini zəbt edib obyekt tikintisi aparılması başadüşülən deyil. Sözügedən tikinti işlərini isə Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovun qardaşı Ədalət icra edir.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümknü olmadı.

Qurumların və yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru