Norveçdə yumurta böhranı: Əhali bu ölkəyə axın edir

31-03-2024, 15:44           
Norveçdə yumurta böhranı:
İsveçin paytaxtı Oslodan təxminən 100 kilometr cənubda, sərhəd yaxınlığında yerləşən Nordby ticarət mərkəzi yumurta ehtiyatı toplamağa çalışan "çarəsiz" norveçlilərlə dolub.

Bu barədə Norveç xəbər portalı “Nettavisen” məlumat yayıb.

Çərşənbə axşamı mərkəzdəki “Maxi-Mat” ərzaq mağazasında yumurta tükənib və yaxınlıqdakı “Nordby” supermarketi hər ailə üçün 20 ədəddən ibarət üç paket məhdudlaşdırma tətbiq etməli olub.

Nəşrin yazdığına görə, İsveç dükanları nəinki yumurta ilə daha yaxşı təchiz olunur, hətta ənənəvi Pasxa yeməkləri burada daha əlverişlidir.

İsveçdə 20 yumurta 3,70 dollara satılır ki, bu da Norveçdəkindən təxminən 30% ucuzdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru