Həyatı bahasına anasını zorlanmadan qoruyan 6 yaşında oğul - HADİSƏ

21-08-2016, 00:18           

Cənubi Afrika Respublikasında 6 yaşlı oğlan anasını təcavüzdən həyatı bahasına qurtarıb. Milli.Az The İndependent-ə istinadən bildirir ki, Şimali Keyp bölgəsinin sakini Seqomoso Qarskeyp oğulllarını - 8 yaşlı Tabisonu və 6 yaşlı Kutlvanonu məktəbə apırırdı. Ailə məktəbə çatanda onlara bir kişi yaxınlaşıb və qadından pul tələb etməyə başlayıb. Rədd cavabı alanda cinayətkar Seqomosonu yerə yıxaraq zorlamağa çalışıb.

Kutlvano qışqırmağa, ağlamağa, cinayətkarı təpiklə vurmağa başlayıb. Kişi qadını buraxaraq Kutlvanonu döyməyə başlayıb. Seqomoso böyük oğlu ilə yola qaçaraq ötən maşınların sürücülərindən yardım istəyib, amma kimsə maşınını saxlamayığ. Hadisə yerinə qayıdanda o, cinayətkarın oğlunu boğduğunu, sonra da sınmış butulkanın qırığı ilə Kutlvanonun boğazını kəsdiyini görüb.

32 yaşlı cinayətkar tutulub. Şimali Keyp sakinləri məhkəmə qarşısına toplaşaraq qatilə ən ağır cəzanın verilməsini tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru