İraq Xalq Səfərbərlik Qüvvələri bazaya hücum edildiyini bildirir, ordu araşdırır
21-04-2024, 10:35
Şənbə günü İraqda hərbi bazada böyük partlayış İranın dəstəkədiyi qrupların daxil olduğunu İraq təhlükəsizlik qüvvəsinin bir üzvünün ölümünə səbəb olub. Qüvvə komandiri bunun hücum olduğunu deyib, ordu isə araşdırma apardığı və həmin zaman səmada döyüş təyyalərinin olmadığını bildirib.
İki təhlükəsizlik mənbəsi daha öncə hava hücumun partlayışa səbəb olduğunu və nəticədə Bağdanın təxminən 50 kilometr cənubunda Kalso hərbi bazasında İraq Xalq Səfərbərlik Qüvvələrinin üzvünün öldüyünü, səkkiz nəfərinin yaralandığını bildirib.
İraq Xalq Səfərbərlik Qüvvələri açıqlamasında bildirib ki, qərargah rəsisi Əbdül Əziz əl-Məhəmmədavi obyekti ziyarət edib və “hücuma məruz qalan yerdə olan istintaq komitələrinin təfərrüatlarını nəzərdən keçirib”.
İraq ordusu texniki komitənin şənbə günü səhər saat 11:00-da bazada baş verən partlayış və yanğının səbəbini araşdırdığını bildirib.
“Hava hücumundan komandanlığının hesabatında texniki səylər və radar vasitəsilə təsdiq edib ki, Babilin hava məkanında partlayış zamanı və öncə dron və ya döyüş təyyarəsi olmayıb,” ordu bəyanatında bildirib.
İraqın Babil vilayətində insident Yaxın Şərqdə mənbələrin dediyinə förə, İsrailin cümə günü İranın İsfahan şəhərində hücumundan sonra gərinliyin yüksək olduğu bir vaxta təsadüf edib. Tehran hücuma əhəmiyyət verməyib və qisas almaq planının olmadığını bildirib.
Həmin insident İran aprelin 1-də İsrailin həyata keçirdiyi güman edilən Dəməşqdə İran İnqilab Keşikçiləri Korpusunun yeddi zabitinin ölümü ilə nəticələnən İran səfirliyinə hava hücumundan sonra İsrailə bir sra raket və dron atmasından altı gün sonraya təsadüf edib.
İraq Xalq Səfərbərlik Qüvvələrinə İranın dəstəklədiyi qrup daxildir. İraqda İslam Müqavimətinin banneri altında fəaliyyət göstərən qrup Qəzza müharibəsi başlayandan bəri, fələstinlilərə dəstəyinu bəyan edərək, bölgədə ABŞ qoşunlarına hücumlar həyata keçirib və İsraili hədəf alıb.
Onların Suriya və İraqda ABŞ qüvvələrinə hücumları fevral ayında, dron zərbəsinin İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olaraq, ABŞ-ın İraq və Suriyaya ağır hava zərbələri endirməsinə gətirib çıxarandan sonra dayandırılıb.
Ancaq onlar aprelin 1-də İsrailin Eylat şəhərinə hücumun məsuliyyətini üzərinə götürüb.
ABŞ ordusunun Mərkəzi Komandanlığı şənbə günü X-də yerləşdirdiyi postda Birləşmiş Ştatların İraqda hava hücumları həyata keçirdiyinə dair xəbərləri təkzib edib. “Birləşmiş Ştatlar bu gün İraqda hava hücumları həyata keçirməyib,” o bildirib.
İraq Xalq Səfərbərlik Qüvvələri bir çoxu İrana yaxın olan silahlı fraksiyalardan ibarət qrup olaraq fəaliyyətə başlayıb, daha sonra isə İraq rəsmiləri tərəfindən rsmi təhlükəsizlik qüvvəsi olaraq tanınıb.