İranda “Bavar-373″ zenit-raket kompleksinin təqdimatı olub

21-08-2016, 13:34           
İranda “Bavar-373″ zenit-raket kompleksinin təqdimatı olub
Bavar-373 ZRK ilin sonuna qədər silahlanmaya qəbul ediləcək

Tehranda keçirilən İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində yerli “Bavar-373″ zenit-raket kompleksinin təqdimatı olub.
“Report” xəbər verir ki, sərgini İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqan ziyarət edib.
İranın Müdafiə Sənayesi Gününə həsr olunmuş sərgidə ölkənin müdafiə sənayesi kompleksinin döyüş təyyarə və vertolyotlarının istehsalı, aviamühərriklərin və pilotsuz uçan apparatların yaradılması sahəsində əldə etdiyi son nailiyyətlər təqdim olunub.
Hüseyn Dehqan bildirib ki, “Bavar-373″ ZRK sınaqdan keçirilməyə hazırlanır və cari ilin sonuna qədər silahlanmaya qəbul ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru