Britaniyalılar toyuqlardan şikayətçidirlər: "Hamısını qırmaq lazımdır!"

28-05-2024, 17:54           
Britaniyalılar toyuqlardan şikayətçidirlər:
Britaniyada Snettişam kəndi yüzlərlə toyuğun "istilasına" məruz qalıb. Sakinlər onlarla başa çıxa bilmirlər. Lələklilər sinfinin nümayəndələri sübh vaxtı insanları səsləri ilə oyadır, bağlara girir və əkinləri məhv edirlər.

Sakinlər toyuqların yaxınlıqdakı meşədən sürü ilə gəldiklərini və həyatlarını "cəhənnəmə" çevirdiklərini deyiblər.

Bu qədər çox toyuğun haradan gəldiyi dəqiq məlum deyil, ancaq son vaxtlar onların saylarının kəskin artdığı vurğulanır.

Vəziyyəti kəndə toyuqlarla şəkil çəkdirmək və cücələri yemləmək üçün gələn turistlər daha da ağırlaşdırıblar. Belə ki, onların qoyduqları yeməklər siçovulları cəlb edir. Bu isə yerli sakinlərin xoşuna gəlmir.

Yerli şura sərt tədbir görməyi - bütün quşları məhv etməyi tələb edir.



Mənbə: The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru