Makron Qərb silahları ilə Rusiyanın hərbi hədəflərinin vurulmasını DƏSTƏKLƏDİ

29-05-2024, 10:04           
Makron Qərb silahları ilə Rusiyanın hərbi hədəflərinin vurulmasını DƏSTƏKLƏDİ
Fransa Prezidenti Emmanuel Makron Kiyevin Rusiya ərazisindəki hərbi obyektləri Qərb silahları ilə vurmasına icazə verilməsinin tərəfdarı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Makron Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında danışıb.

“Biz hesab edirik ki, onlara raketlərin buraxıldığı hərbi obyektləri və əsasən də Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik. Lakin onların Rusiyadakı digər hədəfləri, açıq-aydın mülki hədəfləri və ya digər hərbi hədəfləri vurmaq hüququ olmamalıdır”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru