“İstanbul NS” klinikasında tibbi təhsili olmayan həkimlər çalışır?

Bu gün, 10:34           
“İstanbul NS” klinikasında tibbi təhsili olmayan həkimlər çalışır?
Bakının tanınmış klinikalarından olan “İstanbul NS” klinikası ilə bağlı cərimə protokolu imzalanıb.

XALQ xəbər verir ki, sözügedən klinika İnzibati Xətalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“İstanbul NS” klinikası ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 25 sentyabr tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan “İstanbul NS” klinikasının qanuni təmsilçisi Azər Nəsirov Qənbər Oğludur.Tribunainfo.az

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru