Ukrayna yaxın 30 ildə NATO-ya üzv ola bilməz - Almaniya kansleri

29-05-2024, 15:04           
Ukrayna yaxın 30 ildə NATO-ya üzv ola bilməz -
Yaxın gələcəkdə alyans üzvləri Ukraynanın qoşulması imkanlarını müzakirə etmək niyyətində deyillər.
Almaniya kansleri Olaf Şolz Ukraynanın yaxın 30 il ərzində NATO üzvü olmayacağına əminliyini ifadə edib.
Bu barədə o, Almaniya vətəndaşları ilə söhbəti zamanı bildirib.
Şolts xatırladıb ki, yaxın gələcəkdə alyans üzvləri Ukraynanın qoşulması imkanlarını müzakirə etmək niyyətində deyillər.
"Qərarları bilirsiniz, bu, yaxın gələcəkdə gözlənilmir. Ola bilsin ki, növbəti 30 il ərzində mümkün ola" – o fikrini ifadə edib.
Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna alyansın iyulda keçiriləcək sammitində NATO-ya üzv olmaq üçün dəvət almayacaq. Eyni zamanda, sammit zamanı müttəfiqlər "Kiyevə əhəmiyyətli dəstək" nümayiş etdirməyi planlaşdırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.