İran Paris Olimpiadasına qədər Qəzzada atəşkəs elan olunmasına çağırıb

30-05-2024, 08:04           
İran Paris Olimpiadasına qədər Qəzzada atəşkəs elan olunmasına çağırıb
İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinə Parisdə keçiriləcək Olimpiya Oyunları başlayana qədər Qəzza sektorunda atəşkəs rejiminin tətbiqinin zəruri olduğunu bəyan edib.
Bu barədə İranın idman və gənclər naziri Kumars Həşimi ölkədə İslam inqilabının banisi olan İmam Xomeyninin məqbərəsini ziyarət edərkən bildirib.

“İran tərəfi ŞƏT-ə üzv ölkələrin idman nazirlərinin iclasında bəyan edib ki, Parisdəki Olimpiya Oyunları başlamazdan əvvəl beynəlxalq ictimaiyyət fələstinli idmançıların oyunlarda iştirakına icazə vermək üçün Qəzza zolağında atəşkəs elan etməlidir”, – o deyib.
İRNA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru