Almaniyanın müdafiə naziri Ukraynaya hərbi təlimatçıların göndərilməsinə qarşıdır

30-05-2024, 13:14           
Almaniyanın müdafiə naziri Ukraynaya hərbi təlimatçıların göndərilməsinə qarşıdır
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna ərazisinə hərbi təlimatçıların göndərilməsinin əleyhinədir.

İqtisadiyyat.az xəbər verir ki, o bunu Ukrayna Silahlı Qüvvələrinin "Patriot" hava hücumundan müdafiə sistemləri ilə işləmək üzrə təlim keçdiyi Almaniyanın şərqindəki poliqona səfəri zamanı bildirib.

Nazirin sözlərinə görə, hələ ki, heç kim ona Ukrayna ərazisində təlim verməyin üstünlüyünün nə olacağını izah edə bilməyib.

"Görmədiyim əlavə təsir, qoyulmalı olan risk səylərə uyğun gəlmir və buna görə də bu, bizim üçün seçim deyil", - müdafiə naziri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru