Şimali Koreya Cənubi Koreyaya nəcislə dolu şarlar göndərir
30-05-2024, 16:14
Yerli media və Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya çərşənbə günü Cənubi Koreya boyu bir sıra küçələrə, yaşayış binalarının önünə və başqa yerlərə nəcis və başqa tullantılarla dolu şarlar atıb. Bu, Pxenyanın cənub qonşusu ilə münasibətlərdə son eksalasiyasıdır.
Cənubi Koreyanın Baş Qərargah Rəisi bildirib ki, onlar təxminən 260 şarı müəyyən edib ki, onlardan ən azı yarısında palçıq və başqa tullantılar olub. Onlar Şimali Koreyanı “qeyri-insani və aşağı səviyyəli” hərəkətdə ittiham edim.
Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirib ki, şarların bəzilərində “təsdiqləməsi çətin olsa da, tünd rəngi və qoxusu səbəbilə nəcis olduğu güman edilən” maddə olub.
Digər KİV-lər şarların Cənubi Koreyanın ən cənub hissəsində yerləşən Ceolla vilayətində belə rast gəlinib, bu isə ona işarədir ki, onlar bütün ölkəyə yayılıb.
Cənubi Koreya ordusunun yaydığı şəkillərdə, paytaxt Seul daxil olmaqla, küçələrə naməlum qəhvəyi rəngdə maddə ilə qarışıq zibil parçalarının səpələndiyi göstərilib. Bir şəkildə elektron cihaz əks olunub ki, ordu onun çox güman ki, incə plastik şarları partlatmaq üçün nəzərdə tutulduğunu bildirib.
Cənubi Koreya ordusu bəyanatında bildirib ki, bu hərəkətlər beynəlxalq qanunu pozur və ictimai təhlükəsizliyinə ciddi xələl gətirir. “Şimali Koreyanın anti-Cənub şarları təkcə yaşayış ərazilərinə deyil, həm də hava limanlarına və avotmagistrallara düşərək, ziyana səbəb ola bilər,” bəyanatda deyilib.
Çərşənbə günü Cənubi Koreyada sərhəd ərazilərinin bəzi sakinlərinə Şimali Koreyada olduğu güman edilən naməlum obyekt səbəbilə açıq hava fəaliyyətlərindən çəkinmələri barədə xəbərdarlıq edilib. Nəcisdən bəhs edilməyən bildirişdə sakinlərə bu əşyaları tapdıqları halda yerli hökumətləri ilə əlaqə qurmaları tövsiyyə olunub.
Şimali Koreya bu həftənin əvvəlində tanınmış insan hüquqları fəalın Şimali Koreya ərazisinə Şimali Koreya əleyhinə broşürlar və Cənubi Koreya pop mədəniyyəti məzmunu ilə dolu USB yaddaş kartları daşıyan şarlar buraxmasından sonra “qisasa qisas” vəd edib.
“Yaxında sərhəd bölgələr və Koreya Respublikasının daxili ərazilərinə zibil və palçıq səpələnəcək və o, onları yığışşdırmaq üçün nə qədər çox səy tələb olunduğunu bilavasitə hiss edəcək,” Şimali Koreyanın milli müdafiə nazirinin müavini Kim Kanq İl bazar günü dövlət mediasında yayılmlanan şərhlərə cavab olaraq deyib.