Yaponiya parlamentindən qərar: Sakinlərə hər gün gülmək tapşırıldı

13-07-2024, 17:58           
Yaponiya parlamentindən qərar: Sakinlərə hər gün gülmək tapşırıldı
Yaponiyanın Yamaqata prefekturası parlamenti sakinləri sağlamlığı yaxşılaşdırmaq və ürək-damar xəstəliklərindən qorumaq üçün gündə ən azı bir dəfə gülməyə çağıran qətnamə qəbul edib.

Bu təşəbbüs Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb.

Qanunvericilər tərəfindən hazırlanan layihədə prefektura sakinlərinə fiziki sağlamlığı yaxşılaşdırmaq və əqli dayanıqlığı artırmaq üçün gündə ən azı bir dəfə gülmək tapşırılıb. Bundan əlavə, qətnamə müəllifləri işəgötürənləri iş yerində gülüş üçün əlverişli atmosfer yaratmağa çağırıblar.
gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru