"AvtoVAZ" sürpriz hazırlayır

25-07-2024, 11:44           
"AvtoVAZ" sürpriz hazırlayır
Dekabr ayında Rusiyanın "Lada Niva Sport" avtomobilinin seriya istehsalına başlanılacaq.
Bu barədə "AvtoVAZ" şirkətindən xəbər verilib.

Bildirilir ki, artıq 40 ildən çoxdur ki, istehsal olunan və bu müddət ərzində dəfələrlə təkmilləşdirilən modelin motorxanasına 1.7 litrlik 83 at qüvvəsində olan mühərrik əvəzinə "Granta Sport"dan götürülmüş, ancaq orijinal kalibrlənmələrə məruz qalan 1.6 litrlik 122 at qüvvəsində mühərrik quraşdırılıb.

Mühəndislər, həmçinin arxa körpünü və asqını gücləndiriblər, "Lada Sport"dan başqa yaylar və amortizatorlar, dördpeykli təkərarası differensiallar quraşdırılıb.

Əyləc sistemi "Granta Sport" və "Vesta"dan komponentlər istifadə edilərək tamamilə yenidən qurulub.

Mərkəzi konsol yeni ötürmələr qutusunun idarəetmə mexanizminə görə yenidən qurulub (iki əvəzinə bir rıçaqla).
motor.ru
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.