İŞİD “fəthinə hazırlaşdığı” şəhərləri elan etdi – İstanbul və Roma

7-09-2016, 08:40           
İŞİD “fəthinə hazırlaşdığı” şəhərləri elan etdi – İstanbul və Roma
İŞİD yeni bir jurnalın nəşrinə başlayıb. “Rumiyah” adlanan jurnal ərəbcə Roma deməkdir.

Strateq.az xəbər verir ki, jurnalda ad seçiminin səbəbinə də aydınlıq gətirilib. Rusiyanın “Sputnik” xəbər portalının məlumatına görə, türk, rus və fransız dillərində nəşr olunan jurnalda bununla bağlı qeyd olunur:

“Dərgimizin adı olaraq seçdiyimiz ‘Rumiyah’ (Roma) Allah Rəsulunun qiyamətə yaxın fəthini müjdələdiyi yerin adıdır. Rəbbimizdən istəyimiz bu diyarı və ondan daha əvvəl isə Konstantiniyyənin (İstanbul) fəthini bizə nəsib etməsidir. ”

Ekspertlərin fikrincə, bu, həm də İŞİD-in həmin şəhərlərdə yeni terror aktlarına hazırlaşdığının xəbərçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru