Litva Polşadan “Piorun” hava hücumundan müdafiə sistemləri alacaq

26-07-2024, 16:04           
Litva Polşadan “Piorun” hava hücumundan müdafiə sistemləri alacaq
Litva və adı açıqlanmayan daha üç ölkə Polşadan “Piorun” hava hücumundan müdafiə sistemləri alacaq.

Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Hava hücumundan müdafiəni gücləndirmək özümüz üçün nəzərdə tutduğumuz əsas vəzifələrdən biridir. Biz hava hücumundan müdafiə sursatlarının artırılması, eləcə də müttəfiqimiz və ən yaxın qonşumuz olan Polşa ilə səmərəli əməkdaşlıqdan məmnunuq", - məlumatda müdafiə naziri Laurinas Kasçyunasdan sitat gətirilib.

Müqavilənin dəyəri və alınan hərbi texnikanın miqdarı açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru