"Yaşlı insanlar arasında istidən ölüm halları 85% artıb" - BMT-nin Baş katibi

26-07-2024, 16:14           
"Yaşlı insanlar arasında istidən ölüm halları 85% artıb" - BMT-nin Baş katibi
“Son 20 ildə həddindən artıq istilərlə bağlı ölən 65 yaşdan yuxarı insanların sayı 85% artıb”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Dağıdıcı istilik hər yerdədir, lakin hamıya eyni dərəcədə təsir etmir. Temperaturun yüksəlməsindən ən çox əziyyət çəkən insanlar şəhərlərdə yaşayan yoxsullar, hamilə qadınlar, əlillər, qocalardır. Məsələn, 65 yaşdan yuxarı insanlar arasında istiliklə bağlı ölüm halları son 20 ildə 85% artıb”, – deyə o vurğulayıb.

Bundan əlavə, dünya təşkilatının rəhbəri qeyd edib ki, əsrin ortalarına qədər həddindən artıq isti ərazilərdə yaşayan yoxsulların sayı 7 dəfə arta bilər: “Həddindən artıq istilər bərabərsizliyi artırır, ərzaq qıtlığı yaradır və insanları daha dərin yoxsulluğa sürükləyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.