Rusiyada “YouTube”nin yükləmə sürəti 70 faiz azaldılır
26-07-2024, 16:54
Rusiyada bu həftənin sonuna qədər YouTube-un kompüterdən yükləmə sürəti 40 faizə, gələn həftənin sonunda isə 70 faizə düşə bilər.
Azpost.info bildirir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn teleqram kanalında xəbərdarlıq edib.
Onun sözlərinə görə, YouTube-un sürətinin zəifləməsi yalnız masaüstü komputerlərə təsir edəcək.
Xinşteyn vurğulayıb ki, bu addım rus istifadəçilərinə qarşı deyil, Rusiya qanunvericiliyini pozan və cəzasız qalacağına inanan YouTube-nin administrasiyasına qarşı yönəlib: “YouTube”a yüklənən videoların keyfiyyətinin pisləşməsi Rusiya hakimiyyətinin hərəkətləri ilə bağlıdır. Hostinqin rusiyalı jurnalistlərin, sənətçilərin və bloqqerlərin kanallarını silməsinin nəticəsidir”, – deyə Xinşteyn təsdiqləyib.
Dövlət Dumasının deputatı xəbərdarlıq edib ki, YouTube administrasiyası siyasətini dəyişməsə və Rusiya qanunvericiliyinə əməl etməyə başlamasa, burada onu yaxşı heç nə gözləmir.
MTS və Tele2 bu məlumata şərh verməkdən imtina ediblər. Megafon şəbəkənin normal işlədiyini bildirib: “Hazırda xidmətin mövcudluğunda heç bir dəyişiklik qeydə alınmır”.
“Şəbəkəmizdə Youtube-a girişlə bağlı heç bir problem aşkarlamırıq. Ola bilsin ki, problem xidmət tərəfindədir”, – deyə “VimpelCom”un (Bilyan brendi) mətbuat xidməti bildirib.
Rostelecom iyulun 12-də YouTube-un işində mümkün nasazlıqlar barədə xəbərdarlıq edən bir mesaj yayımlayıb və bunu Google-a məxsus avadanlıqda texniki problemlərlə izah edib.