Kemerovo Dövlət Universitetinin yuxarı kurs tələbələri universitetin yeni həmkarları üçün əxlaqsız bir müsabiqə təşkil ediblər.
Rusiya mediasına istinadən verilən xəbərə görə, təntənəli tədbir Podyakovodakı turizm bazasında keçirilib.
Yuxarı kurs tələbələri universitetə yeni daxil olan qızlar və oğlanlardan soyunmağı xahiş ediblər. Çəkilən foto isə sosial şəbəkədə yerləşdirilib. Hadisənin iştirakçılarından biri VSE42.ru informasiya portalı ilə söhbətində müsabiqədə könüllü iştirak etdiyini deyib.
"Bu, tədris ilinə başlamaq üçün ən yaxşı hadisə idi", - qızlardan biri sosial şəbəkədə yazıb.
Amma tələbələrin bir çoxu bu əyləncəyə mənfi yanaşıb.(publika)