Venesuelada prezident seçkiləri keçiriləcək

28-07-2024, 11:26           
Venesuelada prezident seçkiləri keçiriləcək
Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.

APA xəbər verir ki, əksər rəy sorğularına görə, hazırkı prezident Nikolas Maduronun seçkilərdə qalib gəlmək şansı böyükdür.

Qeyd edək ki, 10 siyasətçi dövlət başçısı postu uğrunda mübarizə aparır. Hakim Venesuela Vahid Sosialist Partiyası (USPV) hazırkı prezident Nikolas Maduronu namizəd kimi irəli sürüb. O, bir neçə partiya və hərəkatın daxil olduğu Simon Bolivar Böyük Demokratik Qütb tərəfindən dəstəklənri.

Milli Seçki Şurası (NEC) Maduronu bu assosiasiyadan namizəd kimi qeydə alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti mötədil müxalifətdəndir.

Maduronun əsas rəqibi Unitar Platforma koalisiyasına daxil olan ifrat sağ partiyaların namizədi Edmundo Qonzalesdir.

Prezident seçkilərinin nəticələrinin iyulun 28-i axşam saatlarında açıqlanacağı gözlənilir. Seçki mitinqlərində Maduro dəfələrlə bəyan edib ki, iyulun 28-də saat 22.00-da seçki komissiyası onun daha altı il müddətinə yenidən seçilməsini elan edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru