ABŞ-də yeni epidemiya qeydə alınıb: Doqquz nəfər ölüb

30-08-2024, 17:54           
ABŞ-də yeni epidemiya qeydə alınıb: Doqquz nəfər ölüb
ABŞ-də doqquz nəfərin ölümü ilə nəticələnən böyük bir listerioz epidemiyası qeydə alınıb.

Oxu.Az belta.by-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmi saytında yerləşdirilib.

Son məlumatlara görə, 57 nəfər xəstəxanaya yerləşdirilib, doqquz nəfər isə ölüb.

Qeyd olunur ki, bu, 2011-ci ildən bəri ən böyük listerioz epidemiyasıdır. Həmin vaxt epidemiya yemişlə əlaqələndirilirdi.

CDC amerikalıları geri çağırılan ət məhsullarını yeməməyə çağırıb. Hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar və immun sistemi zəif olan şəxslərin mağazalarda kəsilmiş əti bişirilməmiş halda yeməkdən çəkinmələri tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru