Fransanın keçmiş prezidenti Maskı ictimaiyyət qarşısında təhqir edib
30-08-2024, 16:08
Fransanın keçmiş prezidenti Fransua Olland amerikalı sahibkar İlon Maskı "İblis"lə müqayisə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "CNews" yazır.
"Onun Yelisey sarayında qəbul edildiyini görəndə düşünürəm ki, bu, "İblis"i evinizə dəvət etmək kimi bir şeydir. Amma görünür, bu, Emmanuel Makronu narahat etmir" , - deyə Olland bildirib.
Fransanın hazırkı Prezidenti Makron amerikalı iş adamı ilə ötən il Parisdə görüşüb. Olland əlavə edib ki, onun fikrincə, İlon Mask insanlıq üçün yaxşılıq arzulamır.
Qeyd edək ki, avqustun 26-da Britaniya parlamentinin keçmiş üzvü və Britaniya Fəhlə Partiyasının rəhbəri Corc Qallouey "Telegram"ın qurucusu Pavel Durovun Fransada həbsindən sonra Maskı Avropaya səfərlərdən çəkinməyə çağırıb.