Almaniyada hərbi zavodda güclü partlayış baş verib

31-08-2024, 00:12           
Almaniyada hərbi zavodda güclü partlayış baş verib
Bu gün, avqustun 30-da, təxminən səhər saat 9:30-da Almaniyanın qərbindəki Troisdorf şəhərindəki hərbi zavodda güclü partlayış baş verib.

İki nəfərin ağır yaralanaraq xəstəxanaya aparıldığı bildirilir. Zavod “Diehl Defence” müdafiə konserninin törəmə şirkətləri olan “Dynitec” və “DynaEnergetics”ə məxsusdur və partlayıcı maddələr istehsal edir. Alman mediası yanğınsöndürmə xidmətinin bəyanatına istinadən yazır ki, zavod binasına ciddi ziyan dəyib. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb. İlkin versiya kimi istehsalat qəzası hesab edilir.

Xatırladaq ki, may ayında Berlindəki başqa bir “Diehl” zavodunda da güclü yanğın baş vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru