Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb

31-08-2024, 09:54           
Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb
Avropa ittifaqının (Aİ) daha güclü Avropa müdafiə sütununa ehtiyacı var, eyni zamanda NATO Avropanın kollektiv müdafiəsinin mərkəzi olaraq qalmalıdır.

Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Praqada keçirilən GLOBSEC Forum beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib.

"Üzv dövlətlər Ukraynada münaqişə başlayandan bəri müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qədər artırıb”, - AK rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropanın müdafiə sənayesi yeni reallığa doğru addımlayıb.

"Məqsədimiz qitə miqyasında müdafiə istehsalının təşkilindən ibarət olmalıdır", - Ursula fon der Lyayen qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.