Almaniya hərbçilərinin Nigerdən çıxarılmasını başa çatdırıb

31-08-2024, 12:59           
Almaniya hərbçilərinin Nigerdən çıxarılmasını başa çatdırıb
Almaniya hərbi kontingentinin Nigerdən çıxarılmasını başa çatdırıb.

AFP xəbər verir ki, bu barədə Niameydə keçirilən mərasimdə Niger ordusunun qərargah rəisi Mamane Sani Kiau və Bundesverin polkovniki Karsten Ştruss bildirib.

“Niger Respublikasının Milli Müdafiə Nazirliyi və AFR-in Müdafiə Nazirliyi Almaniya qüvvələrinin və texnikasının avqustun 30-da Nigerdən çıxarılmasının başa çatdığını və Niameydəki 101-ci aviabazasında fəaliyyətinin başa çatdığını elan edir”, – Niger ordusunun qərargah rəisi bildirib.

Onun sözlərinə görə, qoşunların çıxarılması əməliyyatı Niger və Almaniya silahlı qüvvələri arasında nümunəvi koordinasiya sayəsində baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru