İtaliyanın “Qırmızı Briqada”sının keçmiş terrorçusu həbs edilib

31-08-2024, 10:44           
İtaliyanın “Qırmızı Briqada”sının keçmiş terrorçusu həbs edilib
Bertulazzi 40 ildən çox - 1980-ci ildən qaçaq həyatı yaşayıb

Argentina polisi İtaliya kəşfiyyatı və hüquq-mühafizə orqanları ilə birgə İtaliyanın solçu radikal "Qırmızı Briqa” təşkilatının keçmiş üzvü Leonardo Bertulazzini həbs edib. AYNA xəbər verir ki, bu barədə “L'Unione Sarda” qəzeti məlumat yayıb.

Bertulazzi 40 ildən çox - 1980-ci ildən qaçaq həyatı yaşayıb. 2004-cü ildə aldığı qaçqın statusu ləğv edildikdən düz 20 il sonra, 2024-cü ildə həbs edilib.

1977-ci ildə Bertulazzi “Qırmızı Briqada”nın Genuya bölməsinin bir hissəsinə rəhbərlik edib. Müstəntiqlərin fikrincə, o, varlı gəmi sahibləri ailəsinin üzvü olan mühəndis Piero Kostanın oğurlanmasında iştirak edib. Onun fidyəsindən gələn pula terrorçular Romada İtaliyanın keçmiş Baş naziri Aldo Moronun saxlandığı mənzili görütüblər. Onun qaçırılması və edam edilməsi iyirminci əsrdə İtaliyada ən bədnam siyasi cinayətə çevrildi.

İtaliya Bertulazzini adam oğurluğu, silahlı dəstədə iştirak, təxribat təşkilatı və digər cinayətlərdə təqsirli bilib. Eyni zamanda, Argentina hakimiyyəti onu 2002-ci ildə artıq həbs etmiş, lakin bir neçə aydan sonra azad etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.