Ukrayna nümayəndə heyəti ABŞ-da nələri müzakirə edib?

1-09-2024, 12:08           
Ukrayna nümayəndə heyəti ABŞ-da nələri müzakirə edib?
Sülh formulu, silah və enerji müzakirəyə çıxarılıb

Ukrayna nümayəndə heyəti Vaşinqtonda ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik müşavirləri ilə görüşüb – tərəflər Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi, enerjinin qorunması və sülh formulunu müzakirə ediblər. Bu barədə AYNA Ukrayna mediasına istinadən bildirir.

Tərəflər Ukraynanın hava hücumundan müdafiə və enerji sisteminin mühafizəsini daha da gücləndirmək səylərini müzakirə ediblər. Bildirilib ki, Ukraynanın lazımi silah və texnikanı mümkün qədər tez alması çox vacibdir.

Görüş zamanı həmçinin silahların birgə istehsalı imkanlarının genişləndirilməsi və Ukraynanın hərbi-sənaye kompleksinə müttəfiq sərmayələr barədə də danışılıb.

Bundan əlavə, tərəflər NATO-nun Vaşinqtonda keçirilən 75-ci sammiti zamanı Ukrayna tərəfdaşlarının qəbul etdiyi Ukrayna müqaviləsinin hazırlanması və gələcək icrası prosedurunu müzakirə ediblər. Artıq imzalanmış təhlükəsizlik sənədlərinin həyata keçirilməsi üçün tədbirlər planı da razılaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru