Ukrayna Rusiya ordusuna qarşı "Qaradağ"ı göndərdi

1-09-2024, 16:44           
Ukrayna Rusiya ordusuna qarşı "Qaradağ"ı göndərdi
Ukrayna Milli Qvardiyanın "Qaradağ" hücum briqadası Pokrovska yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Forbes" nəşri yazır.

Məlumata görə, bu yolla Kiyev şəhər ətrafında müdafiəni gücləndirməyə çalışır.

"Pokrovsk ətrafında Ukraynanın müdafiəsini gücləndirmək ümidi ilə Milli Qvardiya özünün bir neçə hücum briqadalarından birini - "Qaradağ"ı əraziyə yerləşdirib", - materialda deyilir.

Briqadanın sayı təxminən iki min nəfərdir.

Materialın müəllifi qeyd edib ki, Pokrovsk Ukrayna Silahlı Qüvvələrinin təchizat aldığı əsas logistika mərkəzidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru