ABŞ iflasa uğrayacaq? Mask xəbərdarlıq etdi

2-09-2024, 15:24           
ABŞ iflasa uğrayacaq? Mask xəbərdarlıq etdi
May ayında ABŞ Konqresinin Büdcə Ofisi növbəti 30 il ərzində ölkənin milli borcunun ÜDM-in 166%-nə qədər artacağı barədə hesabat dərc edib.
ABŞ sürətlə iflasa yaxınlaşır və bunun səbəbi inflyasiyanın artmasına səbəb olan həddən artıq çox xərcləmədir. Bunu amerikalı milyarder İlon Mask bildirib.
Mask X sosial şəbəkəsində bir istifadəçinin ABŞ hakimiyyətinin 2035-ci ilə qədər ölkənin dövlət borcunu daha 16 trilyon dollar artırmağı planlaşdırdığını bildirən yazısına cavab verib.
"Hökumət xərclərinin hazırkı tempi ilə, ABŞ sürətlə iflasa yaxınlaşır", – Mask sosial şəbəkədəki səhifəsində yazıb.

May ayında ABŞ Konqresinin Büdcə Ofisi növbəti 30 il ərzində ölkənin milli borcunun ÜDM-in 166%-nə qədər artacağı barədə hesabat dərc edib.
Eyni zamanda, göstəricinin ÜDM-in 250%-nə yüksəlməsi riskini də istisna etmək olmaz. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın milli borcu 2021-ci ildəki 28 trilyon dollardan bu il görünməmiş səviyyəyə 34,5 trilyon dollardan çox artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru