Meksika məhkəməsi parlamentə məhkəmə islahatlarını müzakirə etməyi qadağan etdi

2-09-2024, 12:28           
Meksika məhkəməsi parlamentə məhkəmə islahatlarını müzakirə etməyi qadağan etdi
Morelos ştatının beşinci rayon hakimi Marta Yevgenia Maqana Lopez ölkə hakimiyyətinin başlatdığı məhkəmə islahatının Deputatlar Palatasında (parlamentin aşağı palatası) müzakirəsinin dayandırılması barədə qərar verib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Qərara əsasən, sözügedən layihə yeni parlamentin Deputatlar Palatasında müzakirə oluna və səsə qoyula bilməz. Çünki məhkəmənin müstəqilliyi, azad məhkəmə sistemi demokratik cəmiyyətin təminatıdır.

Qeyd olunur ki, bu qərar respublikanın hakimiyyət orqanlarının başlatdığı məhkəmə islahatlarına qarşı çıxan bir qrup hakimin müraciətinə cavab olaraq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru