Protezlərə son – Yapon alimləri dişlərin böyüməsi üçün dərman hazırlayırlar

3-09-2024, 16:28           
Protezlərə son – Yapon alimləri dişlərin böyüməsi üçün dərman hazırlayırlar
Yaponiyadan olan genetik mühəndislər az qala təsadüfən – siçan mikrob hüceyrələrini öyrənərkən sensasiyalı kəşf etdilər.

Sputnik Armeniya xəbər verir ki, Yaponiyada dişlərin bərpası üçün perspektivli dərmanın insanlar üzərində sınaqlarına başlanılıb.

Yeni texnologiya təkcə anadangəlmə diş çatışmazlığı olan insanlara deyil, həm də zədə və ya kariyes nəticəsində dişlərini itirmiş və tibbi səbəblərdən protez taxa bilməyənlərə də kömək edəcək.

Tədqiqatda ən azı bir azı dişi itmiş 30-65 yaş arası 30 kişi iştirak edəcək. Sınaqların birinci mərhələsi başa çatdıqdan sonra dərman dörd və ya daha çox anadangəlmə dişləri olmayan 2 yaşdan 7 yaşa qədər uşaqlarda sınaqdan keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.