Parisdə miqrantların kütləvi deportasiyasına başlanılıb

16-09-2016, 13:07           

Fransa paytaxtı Parisdə qeyri-leqal miqrantların kütləvi evakuasiyasına başlanılıb.

FaktXəbər-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi yazıb.

Məlumatda bildirilir ki, indiyə kimi 1400 miqrant yaşadıqları düşərgədən məcburi şəkildə avtobuslara mindirilərək naməlum istiqamətdə aparılıb.

Həmçinin məlumatda qeyd edilir ki, bir çox miqrantlar deportasiyaya etiraz olaraq paytaxtın mərkəzində toplaşıb.

Qeyd edək ki, evakuasiya ölkənin hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarəti altında səhər saat 7:00-da başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.