ABŞ-da naməlum şəxs 8 nəfəri yaralayıb

18-09-2016, 11:58           
ABŞ-da naməlum şəxs 8 nəfəri yaralayıb
ABŞ-ın Minnesotta ştatının Sent-Klaud şəhərinin ticarət mərkəzində naməlum şəxs bıçaqla ətrafdakı insanlara hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, o, 8 nəfəri yaralayıb. Polis həmin şəxsə atəş açıb.

Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ətrafdakılara hücum edən şəxsin əynində mağaza mühafizəçisinin forması olub.

O, ticarət mərkəzindəki insanlara hücum edərkən atəş səsləri də eşidilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru