Gün ərzində seçici fəallığı müşahidə edilib

18-09-2016, 21:58           

Sentyabrın 18-i Rusiyada vahid seçkilər günüdür. Ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının deputatlarını seçirlər. Bu seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının əməkdaşları Rusiyanın paytaxtımızdakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə edirlər.

Bakı filialının mətbuat xidmətindən bildiriblər ki, səsvermə günü gün ərzində seçici fəallığı müşahidə edilib, müşahidəçilər tərəfindən seçkilərin nəticələrinə təsir edəcək hər-hansı qanun pozuntusuna rast gəlinməyib. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru