Rusiyada seçki: 5 min namizəd arasında azərbaycanlı yoxdur
18-09-2016, 22:17
Bu gün Rusiyada dövlət dumasına seçkilər keçirilir. Lent.az-ın Rusiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, seçkilərdə 14 partiya iştirak edir. Son rəy sorğularının nəticələri hakim "Vahid Rusiya" partiysının şanslarının daha yüksək olduğunu göstərir.
Bu gün Rusiyanın həm də 9 regionuna rəhbər seçiləcək.Əsasən Çeçenistan və Komi respublikasındakı seçkilərin nəticəsi maraqla gözlənilir. Belə ki, çeçen lider Ramzan Kadırov 4 rəqibi ilə mübarizə aparır.
Bu seçkilərdə bizim üçün mraqlı olan əsas məqam isə azərbaycanlıların fəallığı ilə bağlıdır. Təəssüf ki, dumaya seçilmək üçün namizədliyini vermiş 5 min nəfər arasında 1 nəfər də olsun azərbaycanlı yoxdur.