Peyğəmbərin məzarı Qüdsdə tapıldı

22-09-2016, 23:36           

İsrailli arxeoloq Aryeh Shimron İsa peyğəmbərin qəbrinin tapıldığını bəyan edib.
Qüdsün şərqində 1980-ci ildə ilk dəfə aşkarlanan Talpiot məzarlığındakı qəbirlərin İsa peyğəmbərə və ailəsinə aid olduğu iddia edilir.

Məzarda olan sümüklər üzərində kimyəvi üsulla tədqiqatlar aparılıb. İsrailli arxeoloq Aryeh Shimron bu araşdırmalar nəticəsində qəbirlərin İsa peyğəmbərə, həyat yoldaşı Mary Maqdalenaya və oğlu Yehudaya aid olduğunu söyləyib.

"Talpiot məzarlığındakı sümük nümunələri İsa peyğəmbərin evləndiyini sübut edir", - deyən arxeoloq İncildə qeyd edildiyi kimi, İsanın göyə yüksəlmədiyini iddia edib. İsrailli arxeoloqun bu iddiasının xristian aləmində yeni müzakirlərə yol açacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru