“Boeing”də 7 həftəlik tətil başa çatdı: İşçilər yeni razılaşmanı qəbul etdilər
6-11-2024, 15:34
Amerika Birləşmiş Ştatlarının qərb sahilində yerləşən aviasiya şirkəti “Boeing”, təxminən yeddi həftədir davam edən və əksər sərnişin təyyarələrinin istehsalını dayandıraraq şirkətdəki maliyyə böhranını dərinləşdirən tətili dayandırmaq qərarına gəlib.
İndex.az xəbər verir ki, işçilər rəhbərliyin təklif etdiyi yeni təklifi qəbul edərək Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Həmkarlar İttifaqının rəhbərliyi altında razılığa gəliblər.
Razılaşmanın qəbulu ABŞ aerokosmik nəhənginin təyyarə istehsalını davam etdirməsinə və çox ehtiyac duyulan pul vəsaitlərini əldə etməsinə yol açacaq.
“Boeing” son təklif etdiyi müqavilədə dörd il ərzində 38 faiz əmək haqqı artımı, eləcə də məhsuldarlıq bonusları təklif etdi. Bildirilib ki, işçilər 59% “hə” səsi ilə bu təklifi qəbul edib.
Qeyd edək ki, sentyabrın 13-dən ən çox satılan 737 MAX reaktiv təyyarəsi və 767 və 777 geniş gövdəli təyyarələr üzərində işləyən 33 minə yaxın texniki işçi tətil edir. İşçilər əmək haqqının 40 faiz artırılmasını və 10 il əvvəl ləğv edilmiş pensiya planının bərpasını tələb edirdilər.
Təhlilçilər bildirirlər ki, tətil “Boeing”ə gündə təxminən 100 milyon dollar itirməsinə səbəb olub.