Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib - SON DURUM

6-11-2024, 15:59           
 Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib - SON DURUM
\Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp olub.

APA xəbər verir ki, bu barədə “Fox News" məlumat yayıb.

Məlumata görə, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.

***

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

O, Florida ştatının Palm-Biç şəhərində tərəfdarlarına müraciət etməyi planlaşdırır.

ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

"Trampı tarixi qələbəsi münasibətilə təbrik edirik",- o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Salvador Prezidenti Trampı təbrik edən ilk ölkə liderlərindən biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru