Zelenski istefa verməlidir - Ali Radanın deputatı

8-11-2024, 09:24           
Zelenski istefa verməlidir - Ali Radanın deputatı
Ukrayna Ali Radasının müxalif düşüncəli deputatı Aleksandr Dubinski may ayında səlahiyyətləri rəsmən başa çatan Vladimir Zelenskini könüllü istefaya çağırıb.
TASS-ın xəbərinə görə, o, Zelenskinin istefa barədə düşünməli olduğunu deyib.
“Mən hesab edirəm ki, Zelenski istefa verməklə bağlı fikirləşməlidir. Sağlamlıq səbəbiylə, yorğunluq, vəzifəni tutmağa davam edə bilməmək. Fərq etməz. İndi sifətini qoruyaraq bunu etmək imkanı var. Hələ ki var. Ona görə də tez düşünmək lazımdır. Bu qərar Ukraynanın maraqlarına uyğundur. Mən onu bu qərarı verməyə çağırıram”, – deyə o, Telegram kanalında yazıb.
Siyasətçi vurğulayıb ki, ölkədə münaqişəni dayandırmaq və seçki keçirmək lazımdır, lakin indiki siyasi rəhbərliklə bu, mümkün deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.