Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryan sevgilisi ilə maşında qəza törətdi- Ölən var
31-05-2015, 16:25
Ermənistan müdafiə nazirinin ailəsinin ətrafında qalmaqal davam edir. Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryan "Qraparak" qəzetinin jurnalistlərini məhkəməyə verib. Bu il mayın 21-də qəzetdə "İctimaiyyət bilmək istəyir" adlı məqalə dərc edilib. ANS-ın yazdığına görə, məqalədə Ruzannanın hansısı dostunun maşınında səyahətə çıxmasındən bəhs edilir. Səyahət qəza və insan ölümü ilə başa çatıb. Vəkili Karen Meclumyan bildirib ki, dərc olunan material başdan ayağa yalan və böhtandır. Amma o nəyin - Ruzannanın hansısa dostu ilə səfərə çıxmasının, yoxsa qəzanın və ya ölümün yalan olduğunu dəqiq bildirməyib. Ohanyan arvadı ilə bağlı materiallar barədə ölkənin baş nazirinə müraciət edib. Jurnalistlər hesab edirlər ki, Ohanyan ailəsi məhkəməni udacaq, çünki gözəlçənin əri prezident Serj Sarkisyanın yaxın dostudur.