Ukrayna Prezidenti Pyotr Poroşenkonun fərmanı ilə İdessa vilayətinə yeni təyin olunmuş Mixail Saakaşvili dərhal aktiv fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti ilk olaraq yerli saytda islahatlara başlayıb. “Mixail Saakaşvili vilayətin saytının yenilənməsinə göstəriş verib. Yenilənmdən sonra yeni qubernator saytda Odessa vilayətində yaşayan ukraynalıların müraciətləri üçün onlayn xəttin qoyulmasını tələb edir”, - məlumatda bildirilib. Bundan başqa Saakaşvili vilayət administrasiyasının binasında odessalıların müraciətləri üçün poçt qutuları da qoydurub.