Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb

24-11-2024, 12:34           
Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb
Arabica qəhvəsinin qiyməti 2011-ci ilin aprelindən bəri ən yüksək həddə çataraq, bir funt üçün 3 dollara qədər yüksəlib. Demokrat.az xəbər verir ki, bunu Nyu York Fond Birjasındakı ticarət məlumatları sübut edir.

Trading Economics yazır ki, dünyanın aparıcı qəhvə istehsalçısı Braziliyanın məhsulu quraqlıq səbəbindən bir qədər potensialını itirib, məlumatlar bu mövsüm Arabica istehsalının azalmasına işarə edir.

Mütəxəssislər Braziliyada yağan son yağışlara baxmayaraq, torpağın rütubətinin kifayət qədər qalmadığını bildirib.

Bu, meyvələrin inkişafına mane olur və gələn ilin məhsulunu təhlükə altına salır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru