İndoneziya Karangetanq vulkanında aktivliyin artması ilə bağlı xəbərdarlıq edib

25-11-2024, 07:04           
İndoneziya hakimiyyəti Sivu adasında yerləşən Karangetanq vulkanının aktivliyinin artdığını açıqlayıb. Bu artım nəticəsində yüksək temperaturlu vulkanik qazlar, kül və qaya parçalarından ibarət güclü piroklastik axınların vulkanın zirvəsindən aşağıya doğru düşə biləcəyi bildirilib.
Antara agentliyi ölkənin Energetika və Mineral Ehtiyatlar Nazirliyinin Geologiya Agentliyinin məlumatlarına istinad edərək xəbər yayıb. Geologiya Agentliyinin rəhbəri Məhəmməd Vafid bildirib ki, "Dağın zirvəsindəki köhnə lava günbəzi dağıldıqca piroklastik axınlar meydana gələ bilər". Onun sözlərinə görə, bu axınlar, həmçinin yağışlar zamanı lava və palçıq axınlarının toplanmasından qaynaqlanır.

Ekspertlər hesab edirlər ki, vulkanın daxilində toplanan maqma kraterin dərinliklərindən səthə doğru hərəkət edəcək. Həmçinin, müşahidəçilər Karangetanq vulkanının zirvəsində 200 metr hündürlüyə qədər tüstü qatını qeydə alıblar.

İndoneziyada 130-dan çox aktiv vulkan mövcuddur, bunlardan Karangetanq ən aktivlərindən biri sayılır. Vulkanda baş verən püskürmələr adətən güclü lava axınları ilə müşayiət olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru