The Guardian: "Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır"

25-11-2024, 07:34           
The Guardian: "Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır"
Rusiya Ukraynanı “silahsızlaşdırmağa” çalışır və ABŞ-nin seçilmiş prezidenti Donald Trampın ətrafındakı bəzi insanlar Vladimir Putinin şərtləri ilə razılaşırlar.
“Report” xəbər verir ki, bunu Cons Hopkins Universitetinin baş elmi işçisi Peter Pomerantsev “The Guardian” üçün yazdığı məqaləsində bildirib.

Müəllif Kiyev və Moskva arasında danışıqların nə ilə sonuclana biləcəyini mülahizə edir.

“Tramp “güc vasitəsilə sülh”, “qələbə” və “Hər şeydən öncə Amerika” haqqında danışır. Amma “güc” Amerikanın xeyirxah qoruyucu kimi hərəkət etməsindənmi irəli gəlir? Bu, məsələn, Ukraynanın hava müdafiəsini təmin etməklə nüvə obyektlərinin Rusiyanın azad bombalarından qorunmasını və beləliklə də dünyanı məhv edə biləcək potensial nüvə fəlakətinin qarşısını almağı nəzərdə tuta bilər. Yoxsa “güc” Ukraynanı öz suverenliyindən imtina etməyə məcbur etmək deməkdir?”

“Tramp bu danışıqları Putin üslubunda necə aparacaq? Rusiya həmişə Kremlin faktiki siyasi nəzarəti altında silahsızlaşdırılmış Ukrayna tələb edib. Trampın ətrafında bununla razılaşa biləcək insanlar var, xüsusilə də əgər Rusiya Çinlə hərbi əlaqələrini kəsərsə”, – məqalədə deyilir.

Müəllif eyni zamanda Moskvanın “qeyri-müəyyən” Amerika naminə Çinlə strateji tərəfdaşlığından imtina edib-etməyəcəyini sual edir. Pomerantsev qeyd edir ki, İranla əlaqələrdən imtina belə Putin üçün pis sövdələşmə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru